Bank Of Baku

Qubada yol qəzasında 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB

Qubada yol qəzasında 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - YENİLƏNİB
# 06 sentyabr 2026 13:21 (UTC +04:00)

Quba-Xaçmaz avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 nəfər (kişi) 06.09.2026-cı il tarixində saat 01:10 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, bədənin müxtəlif nahiyələrinin müştərək səthi travmaları və əzilmiş yaraları, sol bazu sümüyünün qəlpəli, yerdəyişmiş açıq sınığı, alın nahiyəsinin açıq yarası, döş qəfəsi və alın nahiyəsinin küt travması diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

2000-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

2002-ci il təvəllüdlü şəxsin müalicəsi isə Travmatologiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

***

saat 08.57

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosunun məlumatına görə, hadisə sentyabrın 6-da saat 00:20 radələrində Quba-Xaçmaz yolunun rayonun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Quba rayon sakini, 24 yaşlı Seyfəlmülk Telman oğlu Eldarov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılaraq aşıb.

Qəza zamanı sürücü və sərnişin, 26 yaşlı Roman Eynulla oğlu Ramazanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Avtomobildə olan digər sərnişin, 26 yaşlı Sənan Samir oğlu Ramazanov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR