Bank Of Baku

Rusiyada polis kriminal avtoritetlərə qarşı əməliyyat keçirib, 48 azərbaycanlı saxlanılıb - VİDEO

Rusiyada polis kriminal avtoritetlərə qarşı əməliyyat keçirib, 48 azərbaycanlı saxlanılıb - VİDEO
# 07 fevral 2023 12:19 (UTC +04:00)

Moskva yaxınlığındakı Mıtişi şəhərində kriminal avtoritetlərin yığıncağına polis müdaxilə edib.

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, xüsusi təyinatlı polis dəstələri olan SOBR və OMON-un əməkdaşları qanunsuz silah və narkotik vasitələrin ticarəti ilə məşğul olan 50-dən çox şəxsi saxlayıblar.

Saxlanılanlardan 48 nəfərin Azərbaycan, 4-ü Ermənistan, Tacikistan və Dağıstandan olduğu bildirilib.

Onlardan cinayət fəaliyyətində iştiraklarının yoxlanılması üçün barmaq izi götürülüb.

Bundan əlavə, saxlanılanların üzərində "Sayqa" karabini, beş travmatik tapança və bıçaq aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR