Saatlı rayon sakini odlu silahı polisə təhvil verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlarla müntəzəm şəkildə aparılan profilaktiki tədbirlər nəticəsində rayonun Xanlarkənd kənd sakini Vüqar Əzizov müvafiq sənədləri olmayan “TOZ-63” markalı qoşa lüləli ov silahını könüllü olaraq rayon polis şöbəsinə təhvil verib.