Bank Of Baku

Şabranda iti güllələyən şəxs tutulub

Şabranda iti güllələyən şəxs tutulub
# 16 may 2023 10:50 (UTC +04:00)

Şabranda tüfənglə çoban itini vuran şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinə rayonun Malyan otlaq sahəsində fermaya məxsus bir baş çoban itinin tüfənglə vurulması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakini saxlanılıb.

Həmin şəxsdən 1 ədəd sənədsiz tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR