Salyanda 61 yaşlı kişi sirkə essensiyası içib.
APA xəbər verir ki, 1962-ci il təvəllüdlü Vəliş Babayev xəstəlikdən çəkdiyi ağrılara dözə bilmədiyindən evdə sirkə essensiyası içib.
Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Araşdırma aparılır.