Salyan rayonunda avtomobil velosipedçini vuraraq öldürüb.
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə Salyan rayonunun Noxudlu kəndində qeydə alınıb.
Kənd sakini, Asiman Sadıqovun idarə etdiyi "Mercedes" markalı avtomobil velisopedlə hərəkətdə olan Noxudlu kənd sakini, 1977-ci il təvəllüdlü Raqif Orucovu vurub. Velosipedçi aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.