Salyanda yol-nəqliyyat hadisəsi olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Şorsulu kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Toyota” markalı avtomobil “Opel” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1962-ci il təvəllüdlü Hüseynov Naib Məhəmməd oğlu ölüb.
Faktla bağlı araşdırma aparılır.