Bank Of Baku

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb
# 22 iyun 2026 14:06 (UTC +04:00)


Salyanda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
“Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində Sabirabad rayon sakini, 1984-cü il təvəllüdlü Səbuhi Həsənov, Salyan rayon sakinləri - 1991-ci il təvəllüdlü Könül Eminova, 1964-cü il təvəllüdlü Sevil Məmmədova, 1965-ci il təvəllüdlü Gülxar Abdulova və 1988-ci il təvəllüdlü Elnarə Mehdiyeva xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR