Paşha Bank
Bank Of Baku

Samuxda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Samuxda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO  - YENİLƏNİB
# 29 noyabr 2026 20:29 (UTC +04:00)

Samuxda baş verən qəzada xəsarət alanların adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, iki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanlar 1984-cü il təvəllüdlü C. Məmmədhəsənov, 2019-cu il təvəllüdlü F. Əhmədov, 2023-cü il təvəllüdlü N. Əhmədova və 1965-ci il təvəllüdlü M. Məmmədhəsənovadır.

Xəsarət alanlar Gəncədə yerləşən xəstəxanaların birinə hospitalizasiya olunublar.

Hazırda onların vəziyyətlərinin kafi oldu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

19:29

Samuxda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Kür yolunda qeydə alınıb.

Hərəktədə olan "Fiat Doblo" və "VAZ 21099" markalı avtomobillər toqquşub.

Qəza zamanı bir neçə nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR