Şəkidə 2 mərtəbəli ev yanıb

Şəkidə 2 mərtəbəli ev yanıb
# 24 aprel 2024 16:11 (UTC +04:00)

Şəki şəhərində yanğın olub.
APA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 182 m² (hər mərtəbəsi 91 m²) olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, bitişik sahəsi 30 m² olan mətbəxin yanar konstruksiyaları, sahəsi 6 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR