Bank Of Baku

Şəkidə fərdi yaşayış evi yanıb

Şəkidə fərdi yaşayış evi yanıb
# 02 sentyabr 2026 20:52 (UTC +04:00)

Şəkidə fərdi yaşayış evində yanğın hadisəsi olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, rayonun Çələbixan qəsəbəsində axşam saatlarında Vüqar Barat oğlu İbadova məxsus fərdi yaşayış evində yanğın baş verib.

Yanğın nəticəsində evin 45 kv/m-lik sahəsinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğının söndürülməsinə Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR