Bank Of Baku

Şəkidə məktəb binasında yanğın olub

Şəkidə məktəb binasında yanğın olub
# 07 yanvar 2026 15:18 (UTC +04:00)

Şəkidə məktəb binasında yanğın olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yanğın bu gün günorta saatlarında Şəki rayonu Köndələn kəndində 1 mərtəbəli məktəb binasının zirzəmisində qeydə alınıb. Yanğının qarşısı dərhal alınıb. Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən APA-nın yerli bürosuna bildirilib ki, hadisə Şəki rayon Köndələn kənd tam orta ümumtəhsil məktəbində, ibtidai siniflərin təhsil aldığı sinif otaqlarının birində qeydə alınıb. Yanğın dərs saatlarından sonra baş verib və xəsarət alan olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR