Bank Of Baku

Şəmkirdə 45 yaşlı kişi yas mərasimində bıçaqlanıb

Şəmkirdə 45 yaşlı kişi yas mərasimində bıçaqlanıb
# 26 yanvar 2023 13:07 (UTC +04:00)

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İrmaşlı kəndində qeydə alınıb.

İrmaşlı kənd sakinləri 1978-ci il təvəllüdlü Alıyev İdris İbrahim oğlu və onun həmkəndlisi 1990-cı il təvəllüdlü Bağırov Ruslan Rəşid oğlu arasında kənddə keçirilən yas mərasimində mübahisə yaranıb. Bu zaman Ruslan Bağırov İdris Alıyevi ağzından bıçaqlayıb.

İdris Alıyev xəstəxanaya yerləşdirilib və əməliyyat edilib.

Hadisəni törədən Ruslan Bağırov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR