Şəmkir rayonunun Düyərli kəndində yanğın olub.
APA FHN-ə istinadən xəbər verir ki, bir-birinə bitişik tikilən müxtəlif təyinatlı obyektlərdən ümumi sahəsi 800 m² olan birmərtəbəli tikinti materialları satışı mağazasının yanar konstruksiyaları və dam örtüyü 480 m² sahədə, bitişik sahəsi 300 m² olan kafenin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikinti materialları satışı mağazasının və kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
15.21
Şəmkirdə yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.
Kənd ərazisində yerləşən inşaat materialları mağazasında anidən yanğın olub.
Dərhal hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub.
Yanğın söndürülüb.