Şəmkirdə baş verən qəzada xəsarət alanlardan biri xəstəxanada ölüb.
APA-nın yerli bürosunun məlumatına görə ölən 1981-ci il təvəllüdlü A.Aslanovdur.
Qeyd edək ki, qəza Gədəbəy rayon sakini, 1973-cü il təvəllüdlü Elnur Hüseynovun idarə etdiyi “KIA Sorento” markalı minik avtomobili ilə Şəmkir rayonunun Mahmudlu kənd sakinləri, 1981-ci il təvəllüdlü Ə. Aslanovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin toqquşması nəticəsində baş verib.
Hadisə nəticəsində 5 nəfər ölüb, 7 nəfər yaralanıb.
****
20:29
Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan şəxslərin adları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, qəza nəticəsində 2018-ci il təvəllüdlü Z. Vəliyeva və 1992-ci il təvəllüdlü H. Həmzəyeva həyatını itirib.
Hadisə zamanı 1981-ci il təvəllüdlü Ə. Aslanov, 1982-ci il təvəllüdlü A. Cəfərli, 1976-cı il təvəllüdlü Z. Hüseynova, 1976-cı il təvəllüdlü S. Hüseynli, 1973-cü il təvəllüdlü E. Hüseynov, 1972-ci il təvəllüdlü E. Hüseynli, 2021-ci il təvəllüdlü Q. Aslanov və 14 yaşlı Z. Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılardan bəzilərinin müalicəsi Şəmkir Rayon Mərkəzi Xəstəxanasında, digərlərinin isə Gəncə şəhərində yerləşən xəstəxanalardan birində davam etdirilir.
Qeyd edək ki, qəza Gədəbəy rayon sakini, 1973-cü il təvəllüdlü Elnur Hüseynovun idarə etdiyi “KIA Sorento” markalı minik avtomobili ilə Şəmkir rayonunun Mahmudlu kənd sakinləri, 1981-ci il təvəllüdlü Ə. Aslanovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin toqquşması nəticəsində baş verib.
***
Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (4 kişi, 3 qadın) 17.08.2026-cı il tarixində saat 17:50 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən APA-ya verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlərdən 2-nin vəziyyəti ağır, 5-nin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Hazırda hər birinə zəruri tibbi xidmətlər göstərilir.
Hadisə nəticəsində 2 nəfərin (1 kişi, 1 qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.
***
Şəmkirdə baş verən qəzada xəsarət alanların sayı 7-yə çatıb.
Bu barədə APA-nın yerli bürosu xəbər verir.
***
19:51
Şəmkirdə baş verən yol qəzasında ölənlərdən ikisinin kimliyi məlum olub.
APA-nın yerli bürosunun xəbərinə görə, bunlar 2009-cu il təvəllüdlü E. Məmmədov və 1988-ci il təvəllüdlü İ. Məmmədovadır.
Qəza zamanı daha 5 nəfərin xəsarət aldığı bildirilir.
***
19:01
Şəmkirdə yol qəzasında ölənlərin sayı artıb.
APA-nın yerli bürosunun xəbərinə görə, yol qəzası nəticəsində ikisi uşaq olmaqla 4 nəfər ölüb.
***
18:25
Şəmkirdə yol qəzasında ölənlərin sayı artıb.
APA-nın yerli bürosunun xəbərinə görə, yol qəzası nəticəsində ölənlərin sayı 3-ə çatıb.
***
18:10
Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə “VAZ 2106” ilə “KİA” markalı minik avtomobilləri toqquşub.
İlkin məlumata görə, qəza zamanı 2 nəfər ölüb, xəsarət alanlar var.