Baş Prokurorluqda Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsi faktları ilə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, istintaq zamanı müəyyən olunub ki, Rusiya Federasiyası vətəndaşları – “Moskva 24” telekanalının aparıcısı, jurnalist Knyazev İvan Andreyeviç, Rusiya Federasiyasında siyasi məsləhətçi və media eksperti kimi özünü təqdim edən Uralov Semyon Sergeyeviç və televiziya jurnalisti və müxbiri kimi fəaliyyət göstərən, Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Çadayev Aleksey Aleksandroviç 14 iyul 2026-cı il tarixdə “YouTube” platformasında “Семён Уралов” adlı kanalda yayımlanan “Чистота понимания” verilişində Azərbaycan Respublikasına qarşı zorakı üsulların tətbiq edilməsi, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarla çıxış etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, həmin şəxslər 13 avqust 2026-cı il tarixdə qeyd olunan kanalda yayımlanan verilişdə Azərbaycan Respublikasına qarşı zorakı üsullardan istifadə edilməsi, o cümlədən ayrı-ayrı şəxslərin birbaşa fiziki məhvetmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlər səsləndirərək terrorçuluğa açıq çağırışlar etmələrinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci maddələri (milli nifrət və düşmənçiliyin salınması) ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
Toplanmış sübutlar əsasında Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2, 281.2 və 283.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, həmin şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənar olduqlarından axtarış elan olunaraq məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Eyni zamanda, təqsirləndirilən şəxslərin tərəfdaş dövlətlərin ərazisində müəyyən edilərək tutulması və Azərbaycan Respublikasına təqdim olunması məqsədilə aidiyyəti dövlət qurumlarına Baş Prokurorluq tərəfindən müvafiq müraciətlər edilib, habelə onların İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışının təşkili istiqamətində zəruri tədbirlər görülüb.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən qanunsuz əməllərə qarşı milli qanunvericiliyin və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğun olaraq qətiyyətli hüquqi tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək.
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verilib
Hadisə
Lənkəranda 64 yaşlı iş adamının meyiti tapılıb
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
Bakıda binada yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Xəbər Lenti
UEFA ÇL: Liqa mərhələsində IV turun növbəti oyunları keçirilib
Bavariyanın iqtisadiyyat naziri Berlində oteldə ölü tapılıb
Bakıda yanğınsöndürmə və xilasetmə üzrə çempionatın qalibləri müəyyənləşib - FOTO - VİDEO - YENİLƏNİB
ÇL: “Sabah” Norveçdən xalsız qayıdıb
Zelenski Uitkoff və Kuşnerlə Əbu-Dabidə keçiriləcək görüşə hazırlığı müzakirə edib
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiya siyahısını genişləndirib
Çempionlar Liqası: “Fənərbaxça” “Liverpul”u məğlub edib
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etmək niyyətində olmadığını bildirib - YENİLƏNİB
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını 254 şəxs və qurumla genişləndirib
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
Belqorodda Ukrayna PUA-sının mikroavtobusa hücumu nəticəsində 3 nəfər ölüb
Tramp: İranla müharibənin seçkilərə təsir göstərəcəyini əvvəldən bilirdim
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünya şöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
AAYDA sürücülərə Qaradağ rayonunda aparılacaq təmirlə bağlı xəbərdarlıq edib
Vens Respublikaçıların seçkidə məğlubiyyətinin səbəbini İranla müharibədə görür
Lənkəranda 64 yaşlı iş adamının meyiti tapılıb
Gürcüstan XİN Avropa Komissiyasının hesabatını qərəzli adlandırıb
Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib - FOTO - YENİLƏNİB
Kəmaləddin Heydərov: Azərbaycan qlobal idman yarışlarına mükəmməl ev sahibliyi etməklə güclü idman mərkəzi kimi tanınır
“İsmayıl məqamı” sənədli filminin təqdimat mərasimi keçirilib - FOTO
Bakıda Əlcəzair İnqilabının 72-ci ildönümü qeyd olunub - FOTO
Tallində Estoniya–Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib
Baş məşqçi: Yanğın və xilasetmə üzrə dünya çempionatında idmançılarımızdan yüksək nəticə gözləyirik
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi - FOTO
Ağ Ev Trampın fotosunu “O, hələ də sizin prezidentinizdir” qeydi ilə paylaşıb
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
Peskov Melaniya Trampla görüşdə Rusiyanı kimlərin təmsil edəcəyini açıqlayıb
Estoniya XİN rəhbəri bu ayın sonunda Azərbaycana səfər edəcəyini bildirib
Azercell-in “30 il səninlə” lotereyasının ilk qaliblərinə 2 “Toyota Corolla Cross” və 14 “iPhone 17 Pro” hədiyyə edilib
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb
Bakıda binada yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
Ziraat Bank Azərbaycan “Zəfər Günü” münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib
Bakıda sıxlıq olan yollar açıqlanıb
Avropa Komissiyası: Gürcüstanın Aİ-yə üzvlük prosesi dayanıb
Agentlik soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edib
Tbilisidə telekanal binasında yanğın söndürülüb - YENİLƏNİB
BŞTİ: Müəllimlərin vakant yerə seçilməsi MİQ-də topladıqları balların ardıcıllığı üzrə təmin ediləcək
Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
Bakıda və bəzi bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Qızılın dünya bazarlarında qiyməti III rübdə 4 200 dollardan yuxarı olub
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Qızıl bazarında mərkəzi bankların alışları artıb, zərgərlik tələbatı azalıb
NATO kəşfiyyat təyyarəsi bu həftə Kalininqrad vilayəti ətrafında ikinci dəfə dövrə vurub