Siyəzəndə narkotik satışı və istifadəsində şübhəli bilinən dəstə saxlanılıb

Siyəzəndə narkotik satışı və istifadəsində şübhəli bilinən dəstə saxlanılıb
# 09 sentyabr 2021 11:02 (UTC +04:00)

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin istifadəsində və satışında şübhəli bilinən dəstə üzvləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun APA-ya bildirdiyinə görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri Mərifət Quliyev, Azər Adgözəlov və Rövşən Musayev saxlanılıblar.

Həmin şəxslərin üzərinə və yığışdıqları M.Quliyevə məxsus evə baxış zamanı “patı” və ya “şüşə” adlanan psixotrop maddə metamfetamin və heroin aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR