Bank Of Baku

Şüvəlanda itkin düşmüş qadın axtarılır - FOTO

İtkin düşmüş Ruqiyyə Rzayeva

© APA | İtkin düşmüş Ruqiyyə Rzayeva

# 16 may 2023 12:47 (UTC +04:00)

Paytaxın Xəzər rayonunun Şüvəlan qəsəbəsində yaşayan 42 yaşlı Ruqiyyə Rzayeva cari ilin iyun ayında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən bildirilib.

"Onun əlamətləri belədir: Boyu təxminən 156 sm., arıq bədən quruluşlu, qarabəniz, qara buruq saçlı, gözlərinin rəngi qəhvəyidir. Sol əl-qol nahiyəsində böyük yanıq, hər iki ayağında isə kiçik ölçülü kəsik izləri var. Şəkildəki qadını görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin (012) 454-22-22 şəhər və (050) 221-16-56 ; (055) 252-22-22 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur". - məlumatda vurğulanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR