Azərbaycanın tanınmış dövlət xadimi Hidayət Orucov İstanbulda vəfat edib.
Bu barədə APA-ya mərhumun yaxınları məlumat veriblər.
Qeyd edək ki, Hidayət Orucov uzun illər dövlət idarəçiliyi, diplomatik fəaliyyət və ədəbi yaradıcılıq sahələrində çalışıb. O, müxtəlif dövrlərdə yüksək dövlət vəzifələrində fəaliyyət göstərib, Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb.