Tanışını qətlə yetirən şəxsə hökm oxunub

Tanışını qətlə yetirən şəxsə hökm oxunub
# 05 avqust 2022 12:49 (UTC +04:00)

Bakıda tanışını qətlə yetirməkdə ittiham olunan Ravil Baybəyovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Ravil Baybeyov verilmiş ittihamla təqsirli bilinərək 16 il azadlıqdan məhrum olunub.

Qeyd edək ki, hadisə bu ilin mart ayında qeyd alınıb. İstintaqla zərərçəkmişin tanışı, 1966-cı il təvəllüdlü Ravil Baybəyovun birgə yaşadıqları mənzildə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Fəxrəddin Əsədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Ravil Baybəyova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR