Təcridxanaya narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

Təcridxanaya narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
# 19 aprel 2024 18:27 (UTC +04:00)

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətdən APA-ya verilən məlumata görə, həbs edilmiş şəxs İlkin İlham oğlu Vəzirova atası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı xurmaların içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə 0,831 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR