Tovuzda 22 yaşlı oğlan çayda batıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Tovuz çayının rayonun Dondar Quşçu kəndi ərazisində keçən hisəsində qeydə alınıb.
Bir nəfərin çayda batdığı bildirilir. Hadisə yerinə FHN-in xilasediciləri cəlb edilib, axtarışlar davam etdirilir.
Çayda batan şəxsin Ağdam rayon sakini 2004-cü il təvəllüdü İ.Şirinov olduğu bildirilir.