Tovuzda qadın evdə aldığı yanıq xəsarətlərindən ölüb, oğlu saxlanılıb.
APA-nın yerli bürosu xəbər verir ki, ilkin məlumata görə, Tovuz rayonu Qovlar şəhərində 22 yaşlı Elyar Hüseynli yaşadıqları evdə anası, 45 yaşlı Nüşabə Hüseynovanın üzərinə benzin tökərək yandırıb. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində E. Hüseynli saxlanılıb.
Fakt araşdırılır.
***
08.45
Tovuzda yanğın hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb.
Belə ki, qəsəbə ərazisində yerləşən fərdi yaşayış evlərinin birində anidən yanğın başlayıb.
Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.
Yanğın qısa müddətdə ərzində yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğın nəticəsində evdə olan 1981-ci il təvəllüdlü N. Hüseynova ağır yanıq xəsarətləri alıb.
Qadın FHN əməkdaşları tərəfindən evdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
45 yaşlı qadın ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib və həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.