Noyabrın 20-də Tovuz rayonunda itkin düşən şəxsin meyiti tapılıb.
APA-nın yerli bürosunun məlumatına görə, rayonun Əyyublu kənd sakini olan 67 yaşlı Qasımov Zahid İbrahim oğlunun meyiti Əsrik Cırdaxan kəndində çayda aşkarlanıb.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qeyd edək ki, Zahid Qasımov noyabrın 20-də evdən çıxıb, bir daha geri qayıtmayıb. Mərhumun Tovuzda tanınmış aşıq olduğu bildirilir.