Ucar sakinini elektrik cərəyanı vuraraq öldürüb - VİDEO - YENİLƏNİB

Ucar sakinini elektrik cərəyanı vuraraq öldürüb - VİDEO  - YENİLƏNİB
# 27 iyul 2021 13:12 (UTC +04:00)

Ucar sakinini elektrik cərəyanı vurub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün gündüz saatlarında rayonun Şahlıq kəndində baş verib. Kənd sakini, 2 uşaq atası, 1984-ci il təvəllüdlü Elnur Çingiz oğlu Muradov su nasosu ilə ehtiyatsız davranması nəticəsində onu cərəyan vuraraq öldürüb.

Mərhum aidiyyatı üzrə təhvil verilib.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR