Bank Of Baku

Ucarda maşın aşıb, xəsarət alanlar var - FOTO

Ucarda maşın aşıb, xəsarət alanlar var - FOTO
# 03 yanvar 2026 14:22 (UTC +04:00)

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralında, rayonun Qarabörk kəndi ərazisində baş verib.

"Nissan" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində Mingəçevir şəhər sakinləri - 1979 - cu il təvəllüdlü Gülnarə Qaçayeva və 1961- ci il təvəllüdlü Gümanə Namazova xəsarət alıb .

Onlar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR