Bank Of Baku

Ucarda yük avtomobili yanıb

Ucarda yük avtomobili yanıb
# 06 sentyabr 2026 20:34 (UTC +04:00)

Ucarda ağır tonnajlı yük avtomobili yanıb.

APA- nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı- Qazax magistralının rayonun Alpı kəndindən keçən hissəsində baş verib.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan kabellə yüklənmiş ağır tonnajlı yük avtomobili anidən alışaraq yanıb.

Hadisə yerinə FHN-in yanğınsöndürən briqadası cəlb olunaraq yanğın söndürülüb.

Baş vermiş hadisə zamanı müəyyən müddətə yolda avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılıb.

Müvafiq qurumlar tərəfindən artıq avtomobillərin hərəkəti bərpa olunub.
Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR