Abşeron Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Məhəmmədi qəsəbəsində qeydə alınıb. Təcili yardım avtomobili “145” saylı xətt avtobusu ilə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb. İdarədən həmçinin bildiriblər ki, avtobusun sürücüsü sərxoş olub.
Faktla bağlı araşdırma aparılır.