Bakı. Fərid Mirzəyev – APA. Abşeron rayonunda yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Hökməli qəsəbəsində ümumi sahəsi 30 kvadratmetr olan 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Hadisə zamanı bir nəfər tüstüdən zəhərlənib. Evin dam örtüyü yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.