Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Dövlət Cıdır Meydanının ərazisində yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, meydanın ərazisində quru ot sahəsi yanıb.
Dərhal əraziyə yanğınsöndürən maşınları cəlb edilib və yanğın söndürülüb.