Bakıda dənizdə batan iki nəfərdən birinin meyiti tapılıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Cəlilabad rayon sakini Təbriz Vilayət oğlu Məstiyevin meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, məlum hadisə iyulun 30-da Bakıdakı çimərliklərdən birində baş verib.
Cəlilabad rayon sakinləri Teymurov Nahid Teymur oğlu və Məstiyev Təbriz Vilayət oğlu çimərkən boğularaq ölüblər.