Bakıda dənizdə batan şəxs xilas edilib

Bakıda dənizdə batan şəxs xilas edilib
# 17 iyul 2017 21:48 (UTC +04:00)

Bakıda dənizdə batan şəxs xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:36-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR