Bakı. Fuad Cəfərov - APA. Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərində 2 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.
Onlar FHN-in xilasediciləri tərəfindən xilas olunub.