Bakı. Hafiz Heydərov – APA. Bakıda əcnəbi vətəndaşın evindən pul oğurlanıb.
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə M.Muxtarov küçəsi ev 179, mənzil 21 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan, “JTİ Cancasus Vinston” şirkətində menecer işləyən, Ukrayna vətəndaşı, 1982-ci il təvəllüdlü Andrey Lisyukun 5000 ABŞ dolları naməlum şəraitdə oğurlanıb.
Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən şəxsin evdə qulluqçu işləyən Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Lamiyə Əliyeva olması müəyyən edilib və o tutulub.