Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, iyulun 26-da saat 23:30 radələrində A.Gəraybəyli küçəsində 1968-ci il təvəllüdlü Şəhla Əhmədovanın mənzilindən açarseçmə yolu ilə içərisində 40 min manat, 20 min ABŞ dolları və 50 min manat dəyərində qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, 1990-cı il təvəllüdlü Elnur Rasim oğlu Əliyev saxlanılıb.
Araşdırmalar zamanı onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə 28 iyul 2015-ci il tarixdən Tərtər rayon Polis Şöbəsi tərəfindən axtarışda olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.