Bakı. Hafiz Heydərov – APA. Bakıda kişi meyiti tapılıb.
Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun A.Şərifzadə küçəsi, ev 196 qarşısında üzərində zorakılıq əlamətləri görünməyən 40-45 yaşlı kişi meyiti aşkar edilib.
Araşdırmalar zamanı meyiti tapılan şəxsin Mingəçevir şəhər sakini, 1969-cu il təvəllüdlü Qaryağdı Şirin oğlu Şirinov olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.