Bakı. Fuad Cəfərov – APA. Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 3-də saat 13.00 radələrində Nərimanov rayonunun Ə. Əliyev küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Leyla Paşayeva vurulub.
L. Paşayevaya xəstəxanada ilkin tibbi yardım göstərilib.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Opel” markalı avtomobillə törədilməsi müəyyən edilib.
Nərimanov Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.