Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə aprelin 18-də saat 21:05 radələrində, Qaradağ rayonu Qızıldaş qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakinləri - 1962-ci il təvəllüdlü Güloğlan Məmmədovun idarə etdiyi «VAZ-21011» və 1961-ci il təvəllüdlü Fazil Bəkirzadənin idarə etdiyi MAN markalı avtomobillərin toqquşması nəticəsində G. Məmmədov xəstəxanaya yerləşdirilib. Onun
sərnişini, 1959-cu il təvəllüdlü Mərmər Cəfərova isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.