Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı Elçin Çobanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmən baxış iclası oktyabrın 1-ə təyin edilib.
Qeyd edək ki, yanvarın 6-da "Sahil" bağında Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. Həsən Həsənov hadisə yerində ölüb.