2017-ci ilin birinci yarım ili ərzində məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 12,804,958 manat ziyanın ibtidai araşdırma mərhələsində 3,612,243 manat və ya 28,2 faiz ödənilməsi təmin edilib.
APA-nın xəbərinə görə, bunu Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulması ilə yanaşı qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb.