Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1974-ci il təvəllüdlü Əli Ənvər oğlu Nuriyev özünü yandırıb.
Ə. Nuriyev xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.