Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Tehran Musayev, Səbuhi Cəfərzadə və İsmayıl Surxayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə İ. Surxayev 11 il, T. Musayev 13 il, S. Cəfərzadə isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək onlar Cinayət Məcəlləsinin 279-cu (qanunsuz silahlı dəstə yaratma) maddəsinə əsasən ittiham olunublar.
Onlar Suriyada İŞİD tərkibində döyüşlərdə iştirak ediblər.