Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda yaşayış evində baş verən yağında bir nəfər xəsarət alıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kürdəmir rayonu, Pirili kəndində (rayon mərkəzindən 28 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları 26 kvadratmetr sahədə yanıb. Yanğın zamanı 1 nəfər ayağından yüngül yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.