Bakı-APA. Lənkəranda zəlzələ baş verib. APA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, 17 km dərinlikdə, maqnitudası 4,5 olan yeraltı təkanlar yerli vaxtla saat 03:29:11-də Lənkəran şəhərindən 18 km qərbdə Lənkəran rayonu ərazisində qeydə alınıb.
Zəlzələ episentrdə 4 bala yaxın, yaşayış məntəqələrində isə 3,4 bala qədər hiss olunub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.