Bakı. Şəhriyar Əlizadə - APA. Masallı sakinində odlu silah aşkarlanıb. APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şıxlar kənd sakini Ağamir Seyidzadəyə məxsus “Lada” markalı avtomobilə baxış zamanı “TOZ-8” markalı tüfəng və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.