Bakı. Hafiz Heydərov – APA. Mingəçevir şəhərində poçt qarət edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də şəhər ərazisindəki poçt şöbələrindən birindən kompüter və beynəlxalq bağlama oğurlamış şəhər sakini Ənvərpaşa Qasımov yaxalanıb.