GÜNÜN ŞƏRHİ
Bütün dövrlərdə qızıl ən etibarlı yığım vasitəsi sayılır. Ən etibarlı investisiya aləti olan qızıla tələbat adətən maliyyə bazarlarında çaşqınlıq yaranan dövrlərdə daha da artır. Dünya maliyyə sistemi hazırda böhranın bir addımlığındadır. İyunun 23-də keçiriləcək referendumda Britaniya vətəndaşları Avropa Birliyinə əlvida deyərsə, dünya maliyyə bazarı çökmüş olacaq. Britaniyanın Avropa Birliyindən çıxması birja indekslərinin aşağı düşməsinə, valyutaların zəifləməsinə dərhal təsir göstərəcək. Birja qurdları belə yaranacaq durumda öz kapitallarını qorumaq üçün hansı valyutaya, yaxud qiymətli kağıza investisiya yatırmağın sərfəli olacağını hesablamaqda çətinlik çəkir. Bu baxımdan Corc Sorosun öz kapitalının əhəmiyyətli hissəsini qızıla yatırması məntiqə uyğundur. Tək məntiqəuyğun deyil, həm də SOS siqnalıdır. Düzdür, filantrop milyarder atdığı addımı Birləşmiş Ştatlar iqtisadiyyatında güclü böhranın gözlənməsi ilə əsaslandırıb və Britaniya təhlükəsinə toxunmayıb. Təcrübə göstərir ki, ABŞ-da fond indekslərinin aşağı düşməsi hər zaman qızılın bahalaşması ilə nəticələnir. Soros bu təhlükəni görərək qızıl almaq, bu sahəyə yatırdığı hər dolları iki dollara çevirmək niyyətindədir. Başqa səbəb də ola bilər. Məsələn, Soros qızıla yatırım etməklə bu investisiya alətinə marağı artırmış olur və hər kəs qızıl almağa başladığı üçün qızıl bahalaşır. Bu dönəmdə Soros qızılı daha baha qiymətə sataraq külli miqdarda vəsait əldə edir, sonra bahalaşmanın ciddi əsası olmadığına görə qızıl yenidən təbii dəyərinə qayıdır və sonda udan yenə Soros olur. Soros həm böhran yaratmaqda, həm böhrandan qazanmaqda bir nömrə olduğu kimi, böhranların carçısı olmaqda da əvəzsizdir. Bu adamı ciddiyə almaq lazımdır...
Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 9 İyun
09 iyun 2016 18:14 (UTC +04:00)
Hadisə
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
18:58
19 may 2024
Ağsuda yol çöküb, avtomobillərin hərəkətində problem yaranıb
16:12
19 may 2024
Xocalı prospekti istiqamətində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİB
16:00
19 may 2024
Xətaidə yaşayış binasının dam örtüyündə yanğın olub
15:18
19 may 2024