Qazax. Azər Məmmədli – APA. Qazaxda naməlum qadın meyiti tapılıb.
APA-nın qərb bürosunun verdiyi məlumat görə, bu gün rayonun Xanlıqlar kəndində yerləşən Bayram bulağının yaxınlığında üzərində zorakılıq əlaməti olan 25-30 yaşlarında qadın meyiti aşkar olunub.
Meyit müayinə olunmaq üçün Qazax Diaqnostika Mərkəzinə aparılıb.
Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.