Bakı – APA. Qəbələ rayonunda yüksək dağlıq ərazidə köməksiz vəziyyətdə qalmış 3 nəfər xilas edilib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.
Onlar vətəndaşları təhlükəsiz əraziyə endirərək aidiyyatı üzrə təhvil veriblər.