APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə martın 18-də saat 17.00 radələrində Qobustan rayonu Nərimanabad kəndinin ərazisində qeydə alınıb. Ağdaş rayon sakini Rövşən Babayevin idarə etdiyi “VAZ-2105”, Sumqayıt şəhər sakini Məcid Yusifovun idarə etdiyi “Mercedes” və Şəki şəhər sakini Allahverdi Abdullayevin idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. R.Babayev və sərnişinləri - Bakı şəhər sakini Mirağa Hüseynov, Ağdaş rayon sakini Yaşar Hüseynov, Qobustan rayon sakini Ağanəzər Soltanov, onun oğlu Elgün və qızı Günel, habelə A.Abdullayevin sərnişini - Bakı şəhər sakini Zenfira Həbibullayeva xəstəxanaya yerləşdirilib, M.Hüseynov orada dünyasını dəyişib.